23.07.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı filialı 22.07.2022-ci il tarixində “Narkotik sərhədsiz fəlakətdir” adlı informasiya saatı keçirdi. Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan edərək narkomaniyanın ictimai təhlükəliliyini, insanların fiziki və psixi sağlamlıqlarını ciddi şəkildə pozmasını, ruh düşgünlüyü yaratmasını, intellektual səviyyəni, ictimai fəallığı, sosial əlaqələri pozub-parçalamasını qeyd etdi. Gəncə şəhər Tibb Kollecinin müəlliməsi həkim Zarema Hüseynova narkotik vasitələrə meyilin yaranma səbəbləri, bu sahədə ətraf mühitin çox böyük rolu, müalicə yolları və üsulları, dərman terapiyası, musiqi terapiyası, ebru terapiya, psixoloji seanslar mövzusunda məlumat verdi. Göygöl rayon 8 Mart adına orta məktəbin Azərbaycan dili-ədəbiyyat müəlliməsi Validə Hüseynova “Narkomaniya əsrin bəlasıdır”, Gəncə şəhər Aşıq Ələsgər adına 36 saylı tam orta məktəbin tarix müəllimi Sadıqov Sədir “XXI əsrdə cəmiyyəti, bəşəriyyəti ən çox narahat edən problemlərdən biri, bəlkə də birincisi, sonu faciə ilə nəticələnən narkomaniyadır.”adlı çıxışlar etdikdən sonra Gəncə şəhər Tibb Kollecinin müəlliməsi həkim Zarema Hüseynova kitabxananın oxucularından Əfsanə Vəliyeva,Yusif Mustafayev,,Elvin Kərimov , Zəhra Xəlilova, Könül Zakirovanın mövzu ilə bağlı suallarını cavablandırdı.